Zəmanət

Qızıl Zəmanət Sertifikatın Təyinatı :  Mobil, TV, Dect telefon, Planşet .
Üstünlüklər :
* Məhsulun istehsalat (zavod/fabrik) qüsurlarına deyil, mexaniki zədələnmələr (istifadə nəticəsində yaranan təsadüfi zədələnmələr də daxil olmaqla),  istismar şərtlərinin pozulması nəticəsində yaranan nasazlıqlar ( mayenin dahil olması və s.), proqram təminatından bədniyyətli istifadənin nəticəsi olan nasazlıqlar (virus), açıq alovla təmas nəticəsində və ya elektrik cərəyanından yaranan zədələnmələr şamil olunur.
* Məhsullarının, Korpus və Aksesuarlarından başqa (istisna: TV pult), istənilən detalına şamil olunur – ekran, plata, kamera, batareya, şarj birləşdiricisi, dinamiklar, aux yuvası.
* Qızıl Zəmanət Sertifikatın şərtlərinə aid olan hissə öncə təmir olunur. Həmin hissəsin təmiri mümkün olmadığı təqdirdə  qüsürlu hissə yalnız 1 (bir) dəfə yeni hissə ilə əvəz edilə bilər.
* Qızıl Zəmanət Sertifikatina uyğun olaraq təmir edilmiş və ya dəyişdirilmiş ehtiyat hissəsinə 30 (otuz) təqvim günü istehsal zəmanət müddəti verilir.
* Təmir 14 iş gününü keçərsə, əldə etdiyiniz məhsulun 100 % dəyərində yenisini əldə edə bilərsiniz.
* Müştəri məhsulu təmir üçün təqdim etdikdə məhsulun təmirə yararlı olub-olmaması (diaqnostika nəticəsində ) qərarı yalnız “Baku Service Company” və onun səlahiyyətli servis mərkəzi tərəfindən verilir.
*  Məhsul Servis Mərkəzinə təhvil verildikdə, diaqnostika olunur. Nəticədə, təmir müddətinin 48 saatdan çox olacağı müəyyən olunarsa, bu zaman müştəriyə əvəzedici məhsul verilir.
* Nağd və Taksit şəkildə əldə edilmiş məhsulu müştəri Qızıl Zəmanət Sertifikatı vasitəsi ilə 30 gün ərzində istənilən səbəbdən qaytara bilər. ( Qutu və aksesuarlar xaric ). Bu halda Qızıl  Zəmanət Sertifikatın güzəştli şərti tədbiq edilmiş hesab edilir və Qızıl Zəmanət Sertifikatın qaytarılması icra edilmir.
* Böyük ölçülü televizorlar (ölçüsü 32+ düymdan yuxarı olanlar) müştərinin ünvanından səlahiyyətli servis mərkəzinin əməkdaşları tərəfindən götürülür.
* Qızıl Zəmanət Sertifikatının qüvvədə olduğu  müddətində  kompensasiya şərtlərlə məhsulu dəyişmək imkanı verilir . Cədvəl 1
* Qızıl Zəmanət Sertifikat qüvvədə olduğu    müddətində  məhsul təmirə yararsız olduğu halda kompensasiya aşağıda göstərilən şəkildə təmin olunur. Cədvəl 1 ( İstisna: daha öncə Qızıl Zəmanət Sertifikat  əsasında təmir  edilibsə və ya yeni hissə ilə dəyişdirilibsə, təmir məbləği kompensasiya məbləğindən çıxılacaq).
* Müştəri məhsulu təmir etdirmək istəmirsə, həmin məhsula Cədvəl 1 qeyd olunan şərtlər ilə kompensasiya tətbiq edilir.
*Kompensasiya şərtlərindən yararlanmaq üçün məhsulun qutu və aksessuarları tam komplekt şəkildə servisə təqdim edilməlidir.
* Müştəri məhsulu diaqnostika və ya təmirə təqdim edərkən yaddaşında olan məlumat və faylların saxlanılmasına zəmanət verilmir.
* Qızıl Zəmanət Sertifikatın şərtlərinə əsasən  məhsul təmir olunub və ya yeni hissə ilə dəyişdirilibsə Qızıl Zəmanət Sertifikatının qüvvədə olduğu  müddətində  kompensasiya şərtlərlə məhsulu dəyişmək imkanı verilmir.
* Müştəri məhsulu Nisyə alış şərti ilə əldə edibsə, müştəriyə kompensasiya məbləği qaytarılmalı olduğu təqdirdə qeyd olunan məbləğ Nisyə alış öhdəliyinin bağlanılmasına sərf olunur.
*Müştəri Qızıl Zəmanət Sertifikatın şərtlərindən yararlanaraq, ilk müraciətində məhsulu təmir etdirməyi  seçdiyi halda,  Qızıl Zəmanət Sertifikat  üzrə ikinci və daha sonraki müraciətlərində məhsulu qaytarma hüququnu itirmiş sayılır.
* “Qızıl Zəmanət Sertifikatı” nın şərtlərinə istifadə nəticəsində yaranan estetik və kosmetik qüsurlar  şamil olunmur.
Qeyd olunanan hallarda Qızıl Zəmanət Sertifikatın şərtləri dayandırılmış hesab olunur.
* Məhsula “Baku Service Company” və səlahiyyətli servis mərkəzlərindən başqa hər hansı bir kənar müdaxilə (digər servis, usta, mühəndis, müştəri, istifadəçi, hər hansı digər hüquqi və ya fiziki şəxs və s.) olduqda “Qızıl Zəmanət Sertifikatını” ləğv olunur və  “Qızıl Zəmanət Sertifikatını” ödəniş məbləğı qaytarılmır. (Müştəri “Qızıl Zəmanət Sertifikatını” istifadə hüququnu itirir).
 * Nisyə satış müqaviləsinə əsasən müəyyən edilən ödəniş icra edilməyən tarixdə “Qızıl Zəmanət Sertifikatını” qüvvədən düşür.
Nisyə satış müqaviləsi üzrə borc məbləği ödənildikdən sonra “Qızıl Zəmanət Sertifikatını” əvvəlki şərtlərlə bərpa edilir.
Təmir üçün muraciət  qaydaları :
* Qızıl Zəmanət Sertifikatı.
* Müştərinin şəxsiyyət vəsiqəsi.
* Qızıl Zəmanət Sertifikatında qeyd edilən seriya/imei ilə müştərinin təqdim etdiyi məhsulun seriyası/imei ilə  eyni olmalıdır.
*Məhsulun qutusu və aksesuarları.
 
 
Müştəri Qızıl Zəmanət Sertifikatını aldığı andan 14 (on dörd) təqvim günü ərzində xidmətindən istifadə etmədiyi halda, onun dəyərini geri tələb etməklə bu xidmətdən imtina etmək hüququna malikdir.